Ana Sayfa > Karusel / Gündəm > Ukrayna kəşfiyyatçıları Kiyevdə çeçen silahlılarını zərərsizləşdiriblər

Ukrayna kəşfiyyatçıları Kiyevdə çeçen silahlılarını zərərsizləşdiriblər


27-02-2022, 15:31. Yazar: Admin

Ukrayna kəşfiyyatçıları Kiyevdə çeçen silahlılarını zərərsizləşdiriblər

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin silahlıları paytaxt Kiyevdə bir qrup çeçen silahlısını zərərsizləşdiriblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin müavini Anton Qeraşenko deyib.

Onun sözlərinə görə, çeçen silahlıları təcili yardım maşınında şəhər ətrafında hərəkət ediblər.

“İndicə təcili yardım maşınında Kiyev ətrafında hərəkət edən bir qrup çeçen diversant Kiyevdə şanlı Ukrayna hərbi kəşfiyyatçıları tərəfindən qismən vuruldu”, - o, bildirib.


Geri dön