Ana Sayfa > Karusel / Siyasət > İranda daha 241 nəfər koronavirusdan ölüb

İranda daha 241 nəfər koronavirusdan ölüb


27-02-2022, 15:28. Yazar: Admin

İranda daha 241 nəfər koronavirusdanölüb

İranda ötən sutka ərzində 9 524 nəfər koronavirusa (COVID-19) yoluxub, 241 nəfər ölüb.

Qarabaginfo.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 136 631 nəfərə, yoluxanların sayı isə 7 040 467 nəfərə çatıb. Virus daşıyıcılarından 4 049 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 634 126 nəfər koronavirusdan sağalıb, 47,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 141 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 62,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55,4 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 23 milyon təşkil edir.


Geri dön