Ana Sayfa > Karusel / Gündəm > Komitə Ukraynadan Polşa və Macarıstana keçən azərbaycanlılara müraciət edib
Komitə Ukraynadan Polşa və Macarıstana keçən azərbaycanlılara müraciət edib27-02-2022, 15:23. Yazar: Admin |
Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynada yaranmış vəziyyətlə bağlı digər qurumlarla koordinasiyalı şəkildə işləyərək, soydaşlarımızın heç bir xəsarət almadan Azərbaycana gəlmələri üçün bütün imkanlarını səfərbər edib. Dövlət Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, Komitə Polşa və Macarıstana keçə bilən azərbaycanlılara müraciət edərək bildirir ki, Azərbaycana təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər. Polşadakı Azərbaycan Evinə +48 732 858 585, Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89 telefon nömrələri vasitəsilə müraciət edə bilərlər. Telefon nömrələri 24 saat aktivdir. Geri dön |