Ana Sayfa > Karusel / Siyasət > Aİ Ukraynanın enerji təhlükəsizliyinə dair fövqəladə iclas keçirəcək

Aİ Ukraynanın enerji təhlükəsizliyinə dair fövqəladə iclas keçirəcək


27-02-2022, 14:26. Yazar: Admin

Aİ Ukraynanın enerji təhlükəsizliyinə dair fövqəladə iclas keçirəcək

Sabah Avropa İttifaqına (Aİ) üzv ölkələrin enerji nazirləri fövqəladə iclas keçirəcək.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.

Onun sözlərinə görə, iclasın gündəliyində Ukraynanın və Aİ-nin enerji təhlükəsizliyi, Ukraynanın Aİ-nin şəbəkəsi ilə sinxronizasiyası və Rusiyaya qarşı sanksiyalardır.

Qeyd edək ki, enerji məsələləri üzrə Aİ komissarı bu gün Ukraynanın enerji naziri German Qaluşçenko ilə danışıb. Onlar Ukraynada enerji təhlükəsizliyinin son vəziyyətini müzakirə ediblər.


Geri dön