Ana Sayfa > Karusel / Gündəm > Avstriya və Danimarka hava məkanını Rusiya təyyarələri üçün bağlayır

Avstriya və Danimarka hava məkanını Rusiya təyyarələri üçün bağlayır


27-02-2022, 13:57. Yazar: Admin

Avstriya hava məkanını Rusiya təyyarələri üçün bağlayacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avstriyanın Ekologiya, Energetika, Nəqliyyat, İnnovasiya və Texnologiyalar naziri Leonore Qevessler bildirib.

"Artıq bütün lazımi hazırlıqları görmüşük. Qərar Rusiyanın Ukraynaya hərbi müdaxilə səbəbilə verilib", - nazir deyib.

Analoji addımı Danimarka hökuməti də atıb.

Danimarkanın xarici işlər naziri Jeppe Kufud tviterdə yazıb ki, Avropa İttifaqı xarici işlər nazirlərinin bugünkü iclasında ümumavropa qadağasına təkan veriləcək.

"Rusiyanın Ukraynaya əsassız hücumu ən sərt beynəlxalq sanksiyalar və qınaqla qarşılanmalıdır", - Kufud əlavə edib.


Geri dön