Ana Sayfa > Karusel / Gündəm > Ukrayna Rusiya ilə danışıqlar üçün şərtləri açıqlayıb

Ukrayna Rusiya ilə danışıqlar üçün şərtləri açıqlayıb


27-02-2022, 13:50. Yazar: Admin

Ukrayna Rusiya ilə danışıqlar üçün şərtləri açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

O, qeyd edib ki, Rusiya danışıqlardan bəhs edərək, Ukraynaya ultimatum şərtlər irəli sürməyə çalışır.

“Rusiya Ukraynanı qəbuledilməz ultimatum şərtləri ilə üz-üzə qoymağa çalışır, biz uzun müddətdir və qəti şəkildə bundan imtina edirik”, - o, bildirib.

Podolyak deyib ki, Rusiya danışıqlarda manipulyasiyanı dayandırsa, (danışıqların - red), razılaşdırılmış format, razılaşdırılmış yer, real məzmun və ədalətli nəticə mümkündür.


Geri dön