Ana Sayfa > Karusel / Gündəm > Ukrayna Rusiyanın itirdiyi texnikaların sayını açıqlayıb

Ukrayna Rusiyanın itirdiyi texnikaların sayını açıqlayıb


27-02-2022, 13:43. Yazar: Admin

Ukraynanın müdafiə naziri müavini Anna Malyar Rusiya Silahlı Qüvvələrinin texnika itkilərinin son sayını açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Anna Malyar feysbuk hesabında yazıb.

O bildirib ki, Ukraynadakı müharibənin əvvəlki üç günündə (24, 25, 26 fevral) Rusiyanın 27 təyyarəsi, 26 helikopteri, 146 tankı, 706 zirehli döyüş maşını, 49 topu, 1 “Buk” ZRK-sı, 30 hərbi avtomobili, 2 gəmi/qayığı məhv edilib.


Geri dön