Ana Sayfa > Karusel / Region > Rusiya desantının Qara dəniz əməliyyat zonasına hücum cəhdi dayandırılıb

Rusiya desantının Qara dəniz əməliyyat zonasına hücum cəhdi dayandırılıb


27-02-2022, 10:55. Yazar: Admin

Ukrayna Hərbi Dəniz Qüvvələri Qara dəniz əməliyyat zonasına Rusiya desantının hücumunun qarşısını alıb. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Facebook səhifəsində məlumat verib.

Həmçinin, Quru Qoşunlarının məlumatına görə, silahlı təcavüzün üçüncü gününün sonunda işğalçı qüvvələrin itkiləri aşağıdakılardır:

3000-dən çox şəxsi heyət və 200-dən çox əsir (məlumat dəqiqləşdirilir);

16 təyyarə;

18 vertolyot;

102 tank;

540 ədəddən çox zirehli maşın;

ZRK – 1 ədəd;

20-dən çox avtomobil.


Geri dön