Ana Sayfa > Karusel / Dünya > “Google” Rusiya dövlət KİV-lərinə sanksiya tətbiq edib
“Google” Rusiya dövlət KİV-lərinə sanksiya tətbiq edib27-02-2022, 10:02. Yazar: Admin |
“Google” şirkəti Rusiya dövlət KİV-lərinə qarşı sanksiyalar tətbiq edib. Qarabaginfo.az "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, “Google” “YouTube” də daxil olmaqla, öz platforma və əlavələrində Rusiya KİV-ləri üçün monetizasiyanı dayandırıb. Beləliklə, artıq Rusiya KİV-ləri “Google Tools” üzərindən reklam ala bilməyəcək, yaxud “Google” platformalarında reklam yerləşdirə bilməyəcək. Qeyd edək ki, bundan əvvəl “Facebook” şirkətinə məxsus “Meta” Rusiya dövlət KİV-lərinin reklamlarına qadağa qoyub. Geri dön |