Ana Sayfa > Karusel / Region > Rusiya tezliklə Kiyevi tutacaq, partizan hərəkatı olmayacaq

Rusiya tezliklə Kiyevi tutacaq, partizan hərəkatı olmayacaq


27-02-2022, 09:41. Yazar: Admin

“Vaşinqton Post”: “Putin Ukraynanı özünə tabe etdirmək uğrunda apardığı döyüşü uduzsa...”

Ukraynadakı xüsusi hərbi əməliyyat rus qoşunlarının kifayət qədər sürətli qələbəsi ilə başa çata bilər və Kiyevin ələ keçirilməsindən sonra Rusiya yəqin ki, bundan irəli getməyəcək. Bu fikri analitik Bill Pauel Amerikanın “Newsweek” jurnalı üçün yazdığı məqalədə səsləndirib.

Pauellin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Gürcüstan və Suriyada hərbi əməliyyatlarda öz məqsədlərinə nail ola bilib. Analitik güman edir ki, Ukraynadakı əməliyyat Rusiyan məqsədi ölkə rəhbərliyinin Rusiyaya yaxın şəxslərlə dəyişdirilməsidir. Pauel hesab edir ki, Rusiya Ukraynanın bütün ərazisini işğal etməyəcək, çünki paytaxtın alınmasından sonra müqavimət dayanacaq.

Pauel həmçinin Ukraynada partizan müharibəsi ehtimalına inanmır və sözlərini dəstəkləmək üçün ABŞ kəşfiyyat mənbələrinin məlumatlarına əsaslanır. Eyni zamanda o, ehtimal edir ki, ukraynalılar səfərbər ola bilər, lakin Rusiyanın Şimali Qafqazda terrorizmin aradan qaldırılması təcrübəsi bu təhlükənin öhdəsindən gəlməyə kömək edəcək.

Kiyevdə “dost hökumətin yaradılması” Rusiyaya əvvəllər vahid dövlətin tərkibində olan ölkə ərazisinin böyük hissəsinə təsir göstərməyə imkan verəcək. Bu, həm də ölkənin NATO-ya üzv olmayacağına zəmanət verəcək və əlavə olaraq, Rusiyanın qələbəsini möhkəmləndirməklə digər dövlətlər və Qərb üçün “dərs” rolunu oynayacaq.
B

ununla belə, Pauell Rusiyanın səhv hesablamalarını da qeyd edir. Əvvəla, bu, “soyuq müharibədən” bəri olmayan Qərb ölkələrinin birləşməsidir. Hətta Almaniya Rusiyaya qarşı sanksiyaları dəstəklədi, o cümlədən “Şimal axını 2”nin işini əngəllədi. Pauel belə qənaətə gəlir ki, NATO ölkələrinin mövqeyini nəzərə alsaq, Rusiya çətin ki, “imperiyanın yenidən qurulması”nda maraqlıdır: “Çünki əks halda, nə vaxtsa, iki ən böyük nüvə dövləti qaynar müharibə vəziyyətində qalacaqlar ".

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı hərbi müdaxiləyə əmr verməklə faktiki soyuq müharibədən sonrakı eranı məhv etdi”. ABŞ-ın “Vaşinqton Post” qəzetində dərc olunmuş “Putinin Ukraynaya hücumu yeni dünya nizamını formalaşdırır” başlıqlı məqalədə belə deyilir. Məqalənin müəllifi qəzetin siyasi şərhçisi Devid İqnatiusdur.

Məqalədə bildirilir ki, indi qlobal münasibətlər yenidən formalaşdırılmalıdır və onun formasının necə olacağı Putinin amansız kampaniyasının qələbə, yoxsa məğlubiyyətlə baş çatacağından asılıdır: “Özünün tam əsassız hərbi müdaxiləsi ilə Putin İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq hüquqi normaları, həmçinin soyuq müharibədən sonrakı Avropa nizamını yerlə-yeksan etdi. Bu nizam onsuz da laxlayırdı və əvvəl-axır yenidən qurulmalı idi”.

Məqalədə vurğulanır ki, Putin Ukraynanı özünə tabe etdirmək uğrunda apardığı döyüşü uduzsa, yeni dünya nizamı həm möhkəm, həm də ümidverici olacaq: “Yox, Putin qalib gəlsə, onda yeni era həqiqətən çox təhlükəli olacaq”.(Musavat.com)


Geri dön