Ana Sayfa > Karusel / Region > Zelenski Rusiyanı BMT TŞ-da səsvermə hüququndan məhrum etməyə çağırıb

Zelenski Rusiyanı BMT TŞ-da səsvermə hüququndan məhrum etməyə çağırıb


27-02-2022, 00:35. Yazar: Admin

 

Zelenski Rusiyanı BMT TŞ-da səsvermə hüququndan məhrum etməyə çağırıb
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş katibi Antoniu Quterreşlə telefon danışığı zamanı Rusiyanı dünya təşkilatının Təhlükəsizlik Şurasında səsvermə hüququndan məhrum etməyə çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna lideri tviter hesabında bildirib.

Bundan əlavə, Zelenski Rusiyanın hərəkət və bəyanatlarını “Ukrayna xalqının soyqırımı” kimi dəyərləndirməyə çağırıb.

Bundan əvvəl Moskva BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək, Qərb ölkələrinin Rusiyanın Ukraynadakı əməliyyatını pisləyən qətnamə layihəsini bloklayıb. BMT Təhlükəsizlik Şurasının 11 üzvü onun lehinə səs verib, Çin, Hindistan və BƏƏ səsvermədə bitərəf qalıb.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb.


Geri dön