Ana Sayfa > Karusel / Region > Bu iki ölkə də Rusiyaya hava məkanını bağladı

Bu iki ölkə də Rusiyaya hava məkanını bağladı


27-02-2022, 00:24. Yazar: Admin

Sloveniya Ukraynadakı əməliyyatla əlaqədar Rusiya təyyarələri üçün hava məkanını bağlamaq qərarına gəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Sloveniya Nazirlər Kabineti məlumat yayıb.

***

Rumıniya da hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.

Bu barədə Rumıniya Mülki Aviasiya İdarəsi açıqlama yayıb.

Açıqlamada 22 dekabr 1976-cı ildə Rumıniya hökuməti ilə Sovet İttifaqı arasında Buxarestdə imzalanmış mülki hava daşımaları haqqında müqavilənin dayandırıldığı bildirilib.

Ölkənin hava məkanının bu gündən etibarən Rusiyadan fövqəladə və humanitar yardım uçuşları istisna olmaqla, tranzit də daxil, bütün uçuşlara bağlandığı qeyd olunur.(Axar.az)

 


Geri dön