Ana Sayfa > Karusel / Dünya > Britaniya kəşfiyyatı: Kiyevin ələ keçirilməsi hələ də Rusiyanın əsas məqsədidir
Britaniya kəşfiyyatı: Kiyevin ələ keçirilməsi hələ də Rusiyanın əsas məqsədidir26-02-2022, 22:21. Yazar: Admin |
Ağır logistika problemləri və ukraynalıların güclü müqaviməti səbəbi ilə Rusiyanın hücumunun sürəti azalıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Mazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Kiyevin ələ keçirilməsi hələ də Rusiyanın əsas hərbi məqsədi olaraq qalır. Kəşfiyyatın məlumatında o da qeyd olunub ki, Rusiya Ordusu əhalinin məskunlaşdığı əsas mərkəzlərdən yan keçərək onların mühasirəyə alınaraq təcrid edilməsi məqsədi ilə geridə hərbi qüvvələr qoyur. "Kiyevdə gecə baş verəcək döyüşlərdə əvvəlcədən mövqeləndirilmiş məhdud sayda Rusiya təxribat qruplarının da iştirak edəcəyi ehtimal edilir", - deyə əlavə olunub. Geri dön |