Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 1512 nəfər COVID-19-a yoluxub 20 nəfər vəfat edib

Azərbaycanda son sutkada 1512 nəfər COVID-19-a yoluxub 20 nəfər vəfat edib


26-02-2022, 21:58. Yazar: Admin

Azərbaycanda son sutkada 1512 nəfər COVID-19-a yoluxub 20 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1512 yeni yoluxma faktı qeydə alınıb, 3698 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 784 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 761 590 nəfər müalicə olunaraq sağalıb, 9378 nəfər vəfat edib, aktiv xəstə sayı 13 292 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 122, ötən müddət ərzində isə 6 543 255 ümumilikdə test aparılıb.


Geri dön