Ana Sayfa > Karusel / Siyasət > Mehriban Əliyeva Oqtay Gülalıyevin səhhəti ilə bağlı tapşırıq verdi 

Mehriban Əliyeva Oqtay Gülalıyevin səhhəti ilə bağlı tapşırıq verdi 


5-11-2019, 17:20. Yazar: Admin

Mehriban Əliyeva Oqtay Gülalıyevin səhhəti ilə bağlı tapşırıq verdi

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

"Qarabaginfo" xəbər verir ki, bu barədə Turan agentliyinə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib.

Xanımı qeyd edib ki, Heydər Əliyev Fondundan ona zəng ediblər: "Oqtayın vəziyyəti ilə maraqlandılar və problemlərimizi soruşdular. Mən dedim ki, yalnız keyfiyyətli müalicəyə və həyat yoldaşımın sağalmasına ehtiyacımız var". 

Fond nümayəndələri ona bildiriblər ki, müalicəyə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət olunub, elə bu gün Bakıya gələcəklər.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. 

AzadlıqRadiosunun məlumatına görə, Türkiyədən gələn mütəxəssislər Oqtay Gülalıyevi müayinə ediblər və vəziyyətini çox ağır, kritik hesab ediblər.

Bildiriblər ki, müalicəsini Türkiyədə davam etdirə bilərlər, amma sağalmasına da tam zəmanət yoxdur. Ailədən razılıq alınıb və Oqtayın Gülalıyevin aparılması üçün hazırda hazırlıqlar görülür


Geri dön