Ana Sayfa > Karusel / Gündəm > Kiyev vilayətində komendant saatı elan edilib

Kiyev vilayətində komendant saatı elan edilib


26-02-2022, 19:30. Yazar: Admin

Ukrayna

Ukraynanın Kiyev vilayətində komendant saatı elan edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kiyev vilayətinin patrul polisi "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, bütün Kiyev vilayətində bu gün saat 17:00-dan sabah saat 8:00-a qədər komendant saatı tətbiq edilir.

"Bu zaman xüsusi verilmiş icazə vəsiqələri və şəxsiyyət vəsiqəsi olmadan küçələrdə və digər ictimai yerlərdə olmaq qadağandır. İcazələriniz yoxdursa, evdə qalın", - deyə məlumatda qeyd olunub.

Polis vətəndaşları anlayışlı olmağa çağırıb, bildirilib ki, bu tədbir regionun effektiv müdafiəsi və sakinlərin təhlükəsizliyi üçün zəruridir.


Geri dön