Ana Sayfa > Karusel / Sosial > Goranboy rəhbərliyi Xocalı soyqırımını yad etdi

Goranboy rəhbərliyi Xocalı soyqırımını yad etdi


26-02-2022, 17:37. Yazar: Admin

Goranboy rəhbərliyi Xocalı soyqırımını yad etdi

Goranboy rayonuda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Qarabaginfo.az xəbər verir ki, rayon rəhbərliyi Xocalı abidəsini ziyarət ediblər.

Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Goranboy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov abidə önünə gül dəstələri qoyaraq Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər.

Ziyarətdə digər rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

 



 


Geri dön