Ana Sayfa > Karusel / Gündəm > DTX və polis birgə əməliyyat keçirib, saxlanılanlar var

DTX və polis birgə əməliyyat keçirib, saxlanılanlar var


26-02-2022, 16:53. Yazar: Admin

DTX və polis birgə əməliyyat keçirib, saxlanılanlar var

Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon şöbəsi əməkdaşları birgə əməliyyat keçirib, saxlanılanlar var.

Qarabaginfo.az bildirir ki, əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhər sakinləri - Q.Əzizli və əvvəllər məhkum olunmuş V.Məmmədov saxlanılıblar.

Onlardan 15 kiloqram 900 qram heroin və 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön