Ana Sayfa > Karusel / İqtisadiyyat > Rövnəq Abdullayevdən yeni təyinatlar

Rövnəq Abdullayevdən yeni təyinatlar


1-11-2019, 13:08. Yazar: Admin

 

Rövnəq Abdullayevdən yeni təyinatlar 

SOCAR-ın mətbuat xidməti şirkətin idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı rəsmi məlumat yayıb. 

"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar: 

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi,

“Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, 

Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri, 

Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, 

Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.

 

 


Geri dön