Ana Sayfa > Karusel / Gündəm > Gürcüstanda lokomotivlərin üzərində “Xocalıya Ədalət” çağırışı edilib
Gürcüstanda lokomotivlərin üzərində “Xocalıya Ədalət” çağırışı edilib26-02-2022, 15:24. Yazar: Admin |
Gürcüstanda lokomotivlərin üzərində “Xocalıya Ədalət” çağırışı edilib. Qarabaginfo.az xəbər verir ki, Xocalı Soyqırımının 30-cü ildönümü ilə əlaqədar “Xocalıya Ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanın dəmir yolları şəbəkəsinin Marabda-Kartsaxi dəmir yolu sahəsi üzrə hərəkət edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialına məxsus lokomotivlərin üzərində “Xocalıya Ədalət” şüarı, Bakıdakı “Ana harayı” abidəsi və faciəyə dair faktları özündə əks etdirən posterlər yerləşdirilib. Kampaniya çərçivəsində Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükut və lokomotivlərin sirena siqnal səsləri ilə yad olunub, eləcə də ehsan mərasimi təşkil edilib. Geri dön |