Ana Sayfa > Karusel / Siyasət > Türkiyəli ekspert: “Ermənistanın Xocalıya görə sanksiyaya məruz qalmaması böyük problemdir”

Türkiyəli ekspert: “Ermənistanın Xocalıya görə sanksiyaya məruz qalmaması böyük problemdir”


26-02-2022, 15:05. Yazar: Admin

Gözde Kılıç

“Ermənistan dövləti Xocalı soyqırımını bölgədə yaşayan türkləri məhv etmək, regionu türklərdən təmizləmək məqsədi ilə törədib. Bunu o dövrün beynəlxalq xəbərləri, reportajları və şahid ifadələri də təsdiq edir”.

Qarabaginfo.az bildirir ki, bunu APA-nın Türkiyə bürosuna “Xocalıya ədalət” kampaniyasının Türkiyə təmsilçisi, ekspert Gözde Kılıç deyib.

O xatırladıb ki, erməni silahlı birləşmələri 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla Xocalıda 613 nəfəri qətlə yetirib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb.

“Bu qətllər o qədər böyük nifrətlə törədilib ki... Xocalıdakı qırğınlar sadəcə ərazi işğal etmək məqsədi ilə törədilməyib, bu, etnik təmizləmədir. Xocalı artıq təkcə Azərbaycanın və ya türklərin deyil, bütün dünya xalqlarının dərdi və acısıdır. Günahsız və müdafiəsiz insanların sırf milliyyətinə, dininə görə böyük nifrətlə məhv edilməsi qəbuledilməzdir. Bu səbəbdən soyqırımlar bəşəriyyəti hədəf alan cinayətlər kateqoriyasındadır”, - o bildirib.

Ekspertin sözlərinə görə, Ermənistanın heç bir sanksiyaya məruz qalmaması və hərbi cinayətlərdə iştirak edənlərin Ermənistanda cinayət məsuliyyətinə cəlb edilməməsi böyük problemdir.

“Xocalıda törədilən hərbi cinayətlərə görə məsuliyyət daşıyanların mühakimə olunması dünyada gec-tez ədalətin bərqərar olacağına ümid yaradacaq”, - Gözde Kılıç vurğulayıb.


Geri dön