Ana Sayfa > Karusel / İdman > Canni De Byazi Xocalı qurbanlarının xatirə abidəsini ziyarət edib

Canni De Byazi Xocalı qurbanlarının xatirə abidəsini ziyarət edib


26-02-2022, 14:15. Yazar: Admin

 

Canni De Byazi Xocalı qurbanlarının xatirə abidəsini ziyarət edib

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və köməkçiləri AFFA-nın əməkdaşları ilə birlikdə Xocalı soyqırımını yad ediblər.

Onlar soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakının Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib.


Geri dön