Ana Sayfa > Karusel / Gündəm > DÇ-2022: Polşa pley-offda Rusiyaya qarşı oynamaqdan imtina edib

DÇ-2022: Polşa pley-offda Rusiyaya qarşı oynamaqdan imtina edib


26-02-2022, 13:56. Yazar: Admin

DÇ-2022: Polşa pley-offda Rusiyaya qarşı oynamaqdan imtina edib

Polşa yığması DÇ-2022-nin pley-offunda Rusiya ilə oynamaqdan imtina edib.

Bunu Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa deyib.

Öncə qarşılaşmanın Rusiyadan kənarda keçirilməsini tələb edən polşalılar indi də ümumiyyətlə qarşılaşmaların baş tutmamasını istəyir: “Bəsdir söz dedik, əmələ keçmək zamanıdır. Polşa yığması pley-offda Rusiya ilə oynamaq niyyətində deyil. Bu, yeganə düzgün qərardır. Biz İsveç və Çexiya federasiyaları ilə danışıqlar aparırıq ki, FİFA-ya ümumi mövqeyimizi təqdim edək”.

Qeyd edək ki, Rusiya – Polşa və İsveç – Çexiya oyunlarının qalibləri arasında matçda Qətər-2022-yə vəsiqənin sahibi bəlli olmalıdır.


Geri dön