“30 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən günahsız azərbaycanlı türk qardaşlarımızı unutmadıq, unutdurmayacağıq!”
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar "Twitter"dəki paylaşımında bildirilib.
“Tarixə qara ləkə vuranları lənətləyir, kədərini qəlbimizdə daşıdığımız şəhidlərimizə Allahdan rəhmət diləyirik” - paylaşımda qeyd olunub.