Ana Sayfa > Karusel / Sosial > Aqil Abbas “Fəzail Ağamalı-Vüqar Səfərli davası”ndan DANIŞDI

Aqil Abbas “Fəzail Ağamalı-Vüqar Səfərli davası”ndan DANIŞDI


1-11-2019, 10:19. Yazar: Admin

Son günlər deputat Fəzail Ağamalı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli arasında söz savaşı gedir. Medianın diqqətdə saxladığı bu məsələdə tərəflər bir-birini qarşılıqlı ittiham edirlər. F.Ağamalı KİVDF sədrini Prezidentin xidmətlərini öz adına çıxmaqda günahlandırarkən, Vüqar Səfərli deputatın dediklərini “Fonda qarşı qərəzli yanaşma”, o cümlədən “dövlətin media siyasətinin mahiyyətini gözdən salmağa xidmət edən məkrli kampaniya” adlandırıb.

 

"Qarabaginfo" Milli Məclisin deputatı, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Aqil Abbas həmkarlarının söz savaşı ilə bağlı "Modern.az"a danışıb.

 

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuata dəstək məqsədilə yaradılıb:


“Fond yaradıldı ki, mətbuatın geriləməsinin qarşısını alsın və buna da xidmət edir. Doğrudur, müəyyən məsələlərdə mənim də KİVDF-dən narazılıqlarım var. Məsələn, qəzetləri kateqoriyaya bölmək ən ayıb bir şeydir. 30 ildir gündəlik çıxan “Ədalət” qəzetini 3-cü kateqoriyaya aid etmək gülüncdür. Daha belə qərar verilib, nə etmək olar?... KİVDF gərək bəzi məsələlərdə möhkəm dayana ki, “525-ci qəzet”, “Ədalət” qəzeti, “Şərq” qəzeti 1-ci kateqoriya olsun. Çünki bu qəzetlər yarananda indi 1-ci kateqoriyada olan qəzetlərin bir yazısı da yox idi. Bu qəzetlər oxucular tərəfindən sevilir, ictimaiyyət tərəfindən qəbul olunur.

Xalqın inandığı qəzetlər var. Mən hamısının adını çəkmirəm. 7 qəzet 1-ci kateqoriya, digərləri də 2-ci və 3-cü kateqoriyaya aid edilib. 1-ci kateqoriyada olan 7 qəzetin içində “Ədalət” qəzetindən yuxarı olan bir dənə olsun qəzet qəbul etmirəm və etməyəcəyəm də”.

 

Aqil Abbas həmçinin KİVDF-nin ləğv olunması ilə bağlı tələblərə də münasibət bildirib:

“KİVDF-nin ləğvini tələb etmək doğru deyil. KİVDF ləğv olunsa, Azərbaycanda qəzetlər ölər. Amma bir həqiqət də var ki, mən bunu Mətbuat Şurasının üzvü, KİVDF-nin içində olan bir adam kimi tam məsuliyyətimlə deyirəm. İddia edirlər ki, guya KİVDF kimlərdənsə nəsə umur. Bu, qətiyyən mümkün deyil. Ola bilər ki, elə məslələr var ki, KİVDF-lik deyil”.

 

KİVDF daha səmərəli hala gətirilə bilər

A.Abbas bildirib ki, proseslərin içərisində olmayan adam söz deyəndə diqqətli olmalıdır:

“Bəzi yoldaşlar işin içində olmadığından Mətbuat Şurası, KİVDF ilə bağlı fikir söyləyəndə düzgün mövqe tutmurlar. Ümumilikdə KİVDF-də, Prezident Administrasiyasında bu məsələ ilə bağlı işlərə yenidən baxıla bilər. KİVDF-nin işinin təşkili daha səmərəli hala gətirilə bilər”.

 

Bu qəzetlərə niyə vəsait ayrılır?

 

Deputat bəzi qəzetlərə maliyyə vəsaiti ayrılmasına qarşı çıxıb:

““Səs”, “Yeni Azərbaycan” qəzetlərinə maliyyə ayrılmalı deyil. Çünki bunlar Yeni Azərbaycan Partiyasının mətbuat orqanlarıdır. Deyirlər, partiyanın 800 min üzvü var. Əgər 800 minin 1500-ü qəzetə abunə yazılmırsa, deməli bu qəzet ölkəyə lazım deyil. Belə anlaşılır ki, Yeni Azərbaycan Partiyasının üzvləri bu qəzetləri oxumurlar. “Yeni Müsavat”ı oxuyurlar, amma öz qəzetlərini oxumurlar. Necə ki, “Azərbaycan”, “Xalq qəzeti”nə pul ayrılmır, bunlara da ayrılmamalıdır. Yox əgər ayırlırsa, onda Azərbaycandakı bütün partiyaların qəzetlərinə pul ayrılsın. Mən bunu əvvəllər də dəfələrlə demişəm, bir daha deyirəm, əgər bir partiyanın 700-800 min üzvü olduğu halda, qəzetinin 1500-2000 abunəçisi yoxdursa, deməli o qəzeti oxuyan yoxdur”.


Geri dön