Ana Sayfa > Karusel / Gündəm > Rusiya Ordusu Ukraynanın 821 hərbi obyektinə zərbə endirib

Rusiya Ordusu Ukraynanın 821 hərbi obyektinə zərbə endirib


26-02-2022, 11:13. Yazar: Admin

Rusiya Ordusu Ukraynanın 821 hərbi obyektinə zərbə endirib

Rusiya Silahlı Qüvvələri Ukraynanın 821 hərbi obyektinə zərbə endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Ümumilikdə, Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektini vurub. Bunlardan 14-ü hərbi aerodrom, 19-u komanda-idarəetmə mərkəzi və rabitə mərkəzi, 24-ü S-300 və "Osa" zenit-raket kompleksləri, 48-i radiolokasiya stansiyalarıdır”, - Rusiya MN-in rəsmi nümayəndəsi vurğulayıb.

Konaşenkov qeyd edib ki, Ukraynanın hərbi infrastrukturuna havadan və dənizdən qanadlı raketlərdən istifadə etməklə yüksək dəqiqliyə malik silahlarla zərbələr endirib: “Gecə saatlarında Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturuna hava və dəniz bazalı qanadlı raketlərdən istifadə etməklə uzaqmənzilli dəqiqliyə malik silahlarla zərbə endirib”.


Geri dön