Ana Sayfa > Karusel / Dünya > Yaxşı ki, önümüzdə Azərbaycan Ordusu deyil - Nevzorovdan şok

Yaxşı ki, önümüzdə Azərbaycan Ordusu deyil - Nevzorovdan şok


26-02-2022, 05:42. Yazar: Admin

Son 20 ildə Rusiya raketlərdən, tanklardan, bombalardan, yürüşlərdən, təbliğatdan və öz hərbi gücü ilə öyünməkdən başqa heç nə ilə məşğul olmayıb. Stalin ordusunun kultu yetişdi və özünü təsdiq etdi.

Qarabaginfo.az xəbər verir ki, bunu rusiyalı məşhur teleaparıcı Aleksandr Nevzorov yazıb.

“Ölkədə hər şey müharibə və ya onun aksesuarları üçün işləyirdi. Belə görünürdü ki, Rusiyanın bətnində hansısa mükəmməl döyüş maşını yetişir, hansısa ölkəni, istənilən ordunu bir-iki saata darmadağın edəcək.

Rusiyanın zorakı və ölümcül canavar olması təəssüratı yaradıldı. Tayqadan Britaniya dənizlərinə qədər Putinin ordusu hər kəsdən güclüdür. Maraqlıdır ki, hamı bu nağıla inanırdı. Makronlar, Merkellər və NATO əsməyə başladılar.

Belə bir təəssürat yaratmaq mümkün oldu ki, dünyanın mövcudluğu ABŞ, Almaniya, İtaliya və başqa dövlətlərə hələlik dözən Rusiyadan asılıdır.

Amma həqiqət anı gəlib çatdı. Puldan və silahdan şişən canavar, demək olar ki, silahsız, yoxsul, kiçik Ukrayna ilə döyüşdə üz-üzə gəldi. Bəli, NATO-nun xeyirxahları Ukraynaya xırda şeylər atdılar, amma verilənlər bütün döyüş qabiliyyətinin 1-2%-ni təşkil edirdi və silahların 98%-i hələ də Sovet dövründən qalıb, yüz dəfə lehimlənib, üç yüz dəfə yenidən rənglənib. Hücumun nəticəsi bir neçə saatdan sonra müəyyən edilməli idi. Amma inanılmaz şey baş verdi. Səma boyda olan cəhənnəm zəbanisi cücə-illüziyaçıya çevrildi. Cadu pozuldu. İmperiya gücünün saxta olduğu üzə çıxdı. Zəfər baş tutmadı. İndi ciddi itkilər verən Putin ordusu hər yerdə ukraynalıların qəhrəmanlığı ilə üz-üzə gəlir.

Gördüklərimin Birinci Çeçen müharibəsindəki rus ordusundan heç bir fərqi yoxdur. Eyni komandanlıq, eyni xaos, eyni çağırışçılar. Birinci Çeçen müharibəsi necə başa çatdı, xatırlayırsınız.

Ümumiyyətlə, Rusiyanın bəxti gətirib ki, onun rəqibi Ukrayna olub, məsələn, Azərbaycan yox. Mən hələ Türkiyə kimi əsl titanları demirəm”.(axar.az)

 


Geri dön