Ana Sayfa > Karusel / Mədəniyyət > Mədəniyyət Nazirliyi Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət Nazirliyi Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb26-02-2022, 05:07. Yazar: Admin |
Mədəniyyət Nazirliyi Əlibaba Məmmədovun vəfatı ilə bağlı nekroloq yayıb. Qarabaginfo.az xəbər verir ki, nekroloqda deyilir: "Azərbaycan mədəniyyətinə ağır itki üz verib! Əlibaba Məmmədov uzun müddət Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərib. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələrini təbliğ edən görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçı nəslinin yetişdirilməsinə sərf edib. Onun muğam sənətinin incəliklərini aşıladığı onlarla tələbələri müxtəlif festivalların, müsabiqələrin qalibi olublar. Böyük sənətkar 1989-cu ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “İstiqlal”, 2020-ci ildə “Şərəf” ordeninə layiq görülüb. O, Prezident təqaüdçüsü idi. Əlibaba Məmmədovun nurlu xatirəsi daima onu sevənlərin qəlbində yaşayacaqdır. Allah rəhmət eləsin!" Geri dön |