Ana Sayfa > Karusel / Gündəm > IOC federasiyaları bütün yarışları Rusiya və Belarusdan almağa çağırıb
IOC federasiyaları bütün yarışları Rusiya və Belarusdan almağa çağırıb25-02-2022, 21:20. Yazar: Admin |
Beynəlxalq Olimpiya Komitəsi (IOC) bütün idman federasiyalarını Rusiya və Belarusda keçiriləcək bütün yarışları təxirə salmağa və ya ləğv etməyə çağırıb. Qarabaginfo.az IOC-un rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb kimi Ukraynadakı hadisələr göstərilib. Bildirilib ki, federasiyalar atəşkəs rejiminin pozulmasını nəzərə almalı və idmançıların təhlükəsizliyinə mütləq önəm verməlidirlər. IOC-un özü də bu iki ölkədə hər hansı yarış təşkil etməyi planlaşdırmır. Həmçinin bütün federasiyalara rəsmi yarışlarda Rusiya və Belarusun dövlət rəmzlərindən istifadə etməmək təklif olunub. Beynəlxalq Olimpiya Komitəsi Ukraynaya hərbi təcavüz nəticəsində zərər çəkmiş vətəndaşlara dəstəyini ifadə edib. Qeyd edək ki, daha əvvəl UEFA Çempionlar Liqasının Sankt-Peterbuqrdan alınaraq Fransanın paytaxtı Parisə verilməsi ilə bağlı qərar çıxarıb. Geri dön |