Ana Sayfa > Karusel / Gündəm > Şuşa müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşacaq

Şuşa müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşacaq


25-02-2022, 20:59. Yazar: Admin

Şuşa qalası — Vikipediya

Şuşa şəhəri müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşacaq.

Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planında Xarici İşlər Nazirliyinə 2022-ci ildə Şuşa şəhərinin müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmış şəhər statusu alması ilə bağlı müvafiq işlərin həyata keçirilməsi tapşırılıb.

Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi isə 2022-ci il ərzində UNESCO Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv olan məktəblərin, “Qardaşlaşmış məktəblər” təşəbbüsünə qoşulmuş yerli və xarici ümumtəhsil müəssisələrinin “Şuşa İli” ilə bağlı birgə tədbirlərinin keçirilməsini təmin etməlidir.


Geri dön