Ana Sayfa > Karusel / Gündəm > Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ keçirməyə çağırdı

Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ keçirməyə çağırdı


25-02-2022, 19:09. Yazar: Admin

Putin Ukrayna hərbçilərini hakimiyyəti ələ keçirməyə çağırdı

Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərini ölkədə hakimiyyəti öz əllərinə almağa çağırıb.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Kreml rəhbəri bu barədə Təhlükəsizlik Şurasının iclasında deyib:

“Görünür, Kiyevdə məskunlaşaraq bütün Ukrayna xalqını girov götürən bu narkomanlar və neonasistlər dəstəsi əvəzinə, sizinlə razılaşmaq bizim üçün daha asan olacaq”.

Putin həmçinin Ukrayna əsgərlərini radikalların dinc əhalidən canlı qalxan kimi istifadə etməsinə imkan verməməyə çağırıb.


Geri dön