Ana Sayfa > Karusel / Dünya > Avropa İttifaqı Putin və Lavrova sanksiya tətbiq edə bilər

Avropa İttifaqı Putin və Lavrova sanksiya tətbiq edə bilər


25-02-2022, 17:28. Yazar: Admin

Lavrov, Putin

 

Avropa İttifaqı Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova sanksiya tətbiq edə bilər.

Qarabaginfo.az “Financial Times”a istinadən verdiyi xəbərə görə, rəsmi Brüssel Putin və Lavrovun aktivlərinin dondurulmasına qərar verə bilər.

“Reuters” Aİ-nin Rusiyaya qarşı üçüncü sanksiyalar raundunu hazırladığına dair məlumat yayıb.

Anonimlik şərti ilə danışan Aİ rəsmisi bildirib ki, üçüncü raundda Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun Avropadakı aktivləri dondurulacaq.

“Biz bacardığımız qədər sürətlə irəliləyirik”, - o bildirib.

Aİ rəsmisi blokun daha çox oliqarxları hədəfə ala biləcəyini əlavə edib(Apa)


Geri dön