Ana Sayfa > Karusel / Cəmiyyət > DİN parklanma ilə bağlı məsələlərə münasibət bildirib

DİN parklanma ilə bağlı məsələlərə münasibət bildirib


25-02-2022, 17:08. Yazar: Admin

Daxili İşlər Nazirliyi

 

Daxili İşlər Nazirliyi (DİN) parklanma ilə bağlı məsələlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin, parklanma xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir:

"Dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi məqsədilə neqativ hallar polis əməkdaşları tərəfindən aradan qaldırılır. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada səkilərində qanunsuz parklanma ilə bağlı sistemli mübarizə aparılır. Paytaxt ərazisində bu sahədə neqativ halların aradan qaldırılması – parklanma, tıxac və digər qanunsuz fəaliyyətlə bağlı işçi qrupları tərəfindən tədbirlər görülür. Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində yaradılacaq yeni publik hüquqi şəxs, başqa sözlə, ixtisaslı qurum tərəfindən fəaliyyət təşkil olunacaq.

Həmin qurumun səmərəli fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinin müvafiq stukturu ilə birgə işlər aparılmaqla, nəqliyyat sahəsində idarəetmə tam tənzimlənəcək".


Geri dön