Ana Sayfa > Karusel / Gündəm > Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb

Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb


25-02-2022, 16:30. Yazar: Admin

 

Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb

Rusiya Silahlı Qüvvələrinin tanklarının Ukraynanın paytaxtı Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb.

Partladılan körpülər Kiyevin cənub-şərq girişində yerləşir.

Belə ki, Ukrayna hərbçiləri Varşavskaya şossesi boyunca Hostomeldəki körpünü, həmçinin Novoirpenskaya şosesindəki körpünü və Demidovda İrpen çayı üzərindəki körpünü partladıblar.

Məlumata görə, Ukrayna tərəfi Kiyev yaxınlığındakı aerodromlara 7 təyyarə desant endirildiyi və onların tanklarla paytaxta tərəf irəliləyəcəyi barədə məlumat alıblar.

Bu səbəbdən də tankları irəliləməsinin qarşısının alınması üçün əsas körpülər partladılıb.


Geri dön