Ana Sayfa > Karusel / Gündəm > Bu Agentlik sədrinin səlahiyyətləri artırıldı

Bu Agentlik sədrinin səlahiyyətləri artırıldı


25-02-2022, 16:20. Yazar: Admin

Bu Agentlik sədrinin səlahiyyətləri artırıldı

Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 23 iyul 2015-ci il tarixli fərmanında dəyişiklik edib.

Qarabaginfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni Fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra Agentliyin struktur bölmələrinin rəhbərlərini vəzifəyə nazir deyil, qurumun sədri təyin edəcək. Bundan başqa, sədr Agentliyin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad etməyi nazirliklə razılaşdıracaq.

Qeyd edək ki, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayevdir.


Geri dön