Ana Sayfa > Karusel / Dünya > Kiyev regionunda ehtiyatda olan hərbçilərə 18 min silah-sursat paylanıb

Kiyev regionunda ehtiyatda olan hərbçilərə 18 min silah-sursat paylanıb


25-02-2022, 16:15. Yazar: Admin

 

Kiyev regionunda ehtiyatda olan hərbçilərə 18 min silah-sursat paylanıb

Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan bəri Kiyev regionunda ehtiyatda olan hərbi qulluqçulara 18 min silah-sursat paylanılıb.

Qarabaginfo.az CNN-ə istinadən xəbərinə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmiləri məlumat yayıb. 

Müdafiə naziri Oleksiy Reznikov və Baş Qərargah rəisi Valeri Zalujni keçirdiyi birgə mətbuat konfransında bildiriblər ki, yaxın vaxtlarda daha çox silahın paylanılması nəzərdə tutulur. 

“Tezliklə biz tərəfdaşlarımızdan müasir silahlardan və digər resurslardan ibarət əlavə dəstək əldə edəcəyik”, - birgə mətbuat konfransında bildirilib. 

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib, 18-60 yaş arası kişilərin ölkədən çıxmasına qadağa qoyulub.(Apa)


Geri dön