Ana Sayfa > Karusel / Gündəm > Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb

Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb


30-10-2019, 11:14. Yazar: Admin

//QARABAGİNFO.AZ

Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası başlayıb.

APA-nın xəbərinə görə, iclasda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edirlər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.


Geri dön