Ana Sayfa > Karusel / Gündəm > Hikmət Hacıyev: “Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır”
Hikmət Hacıyev: “Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır”25-02-2022, 12:38. Yazar: Admin |
“Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır, lakin bunun üçün ədalət, o cümlədən Xocalıya münasibətdə ədalət bərqərar olmalıdır”. Qarabaginfo.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib. “Vətən müharibəsinin gedişində məlum idi ki, Ermənistan öz strategiyasını dəyişməyib. Ermənistan dinc və gecə vaxtı yatan azərbaycanlılara zərbə endirirdi”, - o xatırladıb. H.Hacıyevin sözlərinə görə, Xocalıya bənzər faciələr işğal zamanı Azərbaycanın digər yaşayış məntəqələrində də törədilib, lakin bu barədə danışılmayıb: “İndiyədək kütləvi məzarlıqlar qalmaqdadır. Ermənistanı onlar haqqında məlumat verməyə çağırırıq”. Xatırladaq ki, Xocalı rayonunun Edilli kəndində də azərbaycanlıların kütləvi məzarlığı aşkar edilib. Geri dön |