Ana Sayfa > Karusel / İdman > Polşa millisi Rusiyaya yollanmaqdan imtina edib
Polşa millisi Rusiyaya yollanmaqdan imtina edib25-02-2022, 10:26. Yazar: Admin |
Polşa millisi DÇ-2022-nin pley-off mərhələsində Rusiya ilə səfər oyununa yollanmaqdan imtina edib. Bu barədə Polşa Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 3 ölkənin yığması hazırda Ukraynada hərbi gərginlik yaşayan Rusiyaya getməyəcək: “Bu, Polşa, İsveç və Çexiyanın rəsmi bəyanatıdır. Biz Rusiyada oynamağa hazırlaşmırıq”. Qeyd edək ki, Rusiya – Polşa oyunu martın 24-də Moskvada keçirilməlidir. Cütün qalibi isə finalda ya İsveç, ya da Çexiya ilə üz-üzə gələcək. Geri dön |