Ana Sayfa > Karusel / İqtisadiyyat > Ukraynada normal rejimdə işləyirik - SOCAR

Ukraynada normal rejimdə işləyirik - SOCAR


25-02-2022, 10:00. Yazar: Admin

Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın Ukraynadakı törəmə şirkəti (SOCAR Energy Ukraine) normal rejimdə işləyir.

 

Bu barədə şirkətdən Qarabaginfo.az-a verilən məlumatda bildirilib.

 

"Hələ kifayət qədər yanacaq ehtiyatı var, bəzi yanacaqdoldurma məntəqələrində fasilələr ola bilər. Biz mümkün olan hər şeyi edirik ki, hamı üçün kifayət qədər yanacaq olsun", - şirkətin açıqlamasında bildirilir.

 

Qeyd edək ki, SOCAR Ukraynada 2009-cu ilin dekabrında yaradılan “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti neft məhsullarının topdan və pərakəndə, təbii qazın və aviasiya yanacağının topdan satışıdır.


Geri dön