Ana Sayfa > Karusel / Gündəm > Snayperlərin hazırlıq kursu davam edir - VİDEO

Snayperlərin hazırlıq kursu davam edir - VİDEO


25-02-2022, 09:54. Yazar: Admin

Snayperlərin hazırlıq kursu davam edir - VİDEO

2022-ci il döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Snayper hazırlığı” kursu davam edir.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, kurs müddətində hərbi qulluqçular snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnməklə yanaşı, atəş hazırlığı üzrə praktiki vərdişlərini də təkmilləşdirirlər.
Məşğələlər zamanı snayperlər atəş mövqeyinin seçilməsi, maskalanma, müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.


Geri dön