Ana Sayfa > Karusel / Region > Nursultan Nazarbayevin qızı deputatlıqdan istefa verib

Nursultan Nazarbayevin qızı deputatlıqdan istefa verib


25-02-2022, 09:04. Yazar: Admin

 

Dariqa Nazarbayeva

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva parlamentin aşağı palatası deputatlığından istefa verdiyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın Zakon.kz portalı məlumat yayıb.

Nazarbayeva portalda dərc olunan bəyanatda deyib: “Bu gün mən parlamentin deputatı vəzifəsindən istefa vermək və bütün diqqətimi sosial, humanitar, mədəni və xeyriyyəçilik fəaliyyətlərinə yönəltmək qərarına gəldim”.

Nazarbayeva Nur Otan (Vətən İşığı) partiyasına səs verən Qazaxıstan xalqına, partiya yoldaşlarına və ölkə rəhbərliyinə göstərdikləri etimada görə minnətdarlığını bildirib.

58 yaşlı Nazarbayeva 2021-ci ilin yanvarından Milli Məclisin deputatı vəzifəsində çalışır.


Geri dön