Ana Sayfa > Karusel / Dünya > Blinken: "ABŞ və NATO alyansın şərq cinahındakı təhdidləri dəf etməyə hazırdır"

Blinken: "ABŞ və NATO alyansın şərq cinahındakı təhdidləri dəf etməyə hazırdır"


25-02-2022, 07:54. Yazar: Admin

Entoni Blinken

 

ABŞ və NATO Şimali Atlantika Alyansının şərq cinahında mümkün təcavüzü dəf etməyə hazırdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken NBC telekanalının efirində deyib.

"NATO ölkələrinə qarşı təhdidlərə qarşı bizim son dərəcə güclü bir strategiyamız var. Bu Vaşinqtonun Kollektiv Müdafiə Müqaviləsinin 5-ci maddəsidir. Birinə hücum hamıya hücumdur və Rusiya bunu bilir", - deyə Blinken bildirib.

Dövlət katibi bildirirb ki, digər məsələlərlə yanaşı, cavab tədbirləri kimi NATO-nun müdafiəsinin gücləndirilməsi oldu.

“Biz Rusiyanın NATO üzvü olan ölkələrə qarşı düşünə biləcəyi hər hansı təcavüzü dəf etmək üçün Rusiyaya ən yaxın olan ölkələrə əlavə qoşunlar, əlavə texnika göndərdik”.

ABŞ Prezidenti Co Bayden deyib ki, ABŞ Ukraynaya qoşun göndərmək niyyətində deyil, lakin NATO ərazisinin hər qarışını müdafiə edəcək.


Geri dön