Ana Sayfa > Karusel / Dünya > BAEA Çernobıl AES-nin ələ keçirilməsinə reaksiya verib
BAEA Çernobıl AES-nin ələ keçirilməsinə reaksiya verib25-02-2022, 07:36. Yazar: Admin |
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Ukraynadakı vəziyyəti ciddi narahatlıqla izlədiklərini bildirib. Qarabaginfo.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib. Onlar ölkənin nüvə obyektlərinə təhlükə yarada biləcək hər hansı hərəkətdən qaçmaq üçün maksimum təmkinli olmağa çağırıblar. Baş direktor vurğulayıb ki,bu hadisə təşkilat üzvlərinin 2009-cu ildəki qərarına uyğun olaraq -“ölkələrin nüvə obyektlərinə silahlı hücumun qarşısının alınması” haqqında BMT Nizamnaməsinin pozulmasıdır. Qeyd edək ki, Rusiya Ordusu Çernobıl stansiyasını ələ keçirib, stansiyanın əməkdaşlarını girov götürüblər. Geri dön |