Ana Sayfa > Karusel / Siyasət > Aİ ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəklər

Aİ ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəklər


25-02-2022, 00:44. Yazar: Admin

 

Aİ ölkələri Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəklər

Aİ ölkələrinin liderləri keçirdikləri sammitdə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər.

Sammit zamanı iştirakçılar qərara gəliblər ki, Rusiyaya qarşı sanksiyalar viza siyasətini də əhatə etsin. Bundan əlavə, sanksiya siyahılarında yeni adlar və təşkilatların adları yer alacaq.

“Avropa Şurası bu gün tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx koordinasiyada Rusiya üçün öz hərəkətləri üçün kütləvi və ciddi nəticələrə səbəb olacaq əlavə məhdudlaşdırıcı tədbirlər haqqında razılığa gəldi. Bu sanksiyalar maliyyə sektorunu, energetika və nəqliyyat sektorlarını, ikili təyinatlı malları, o cümlədən ixraca nəzarət və ixracın maliyyələşdirilməsini, viza siyasətini, əlavə Rusiya fiziki şəxslərinin (məhdudiyyətlər - red.) siyahılarına daxil edilməsini əhatə edir”, - Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün tviterdəki hesabında sammitin yekunlarına dair yazıb.

Ukrayna münaqişəsinə dair fövqəladə sammitin yekunlarına və Rusiyaya qarşı yeni sanksiyalar paketinin razılaşdırılmasına əsasən, Avropa İttifaqı Ukraynaya dəstəyi gücləndirməyə və beynəlxalq donorlar konfransı keçirməyə hazırdır.

“Aİ Ukrayna ilə həmrəydir, Ukraynanı və onun xalqını beynəlxalq tərəfdaşlarla, o cümlədən siyasi, maliyyə və humanitar, logistika sahələrində dəstəkləməyə davam edəcək, həmçinin beynəlxalq donor konfransının keçirilməsini dəstəkləyir”, - sənəddə deyilir.


Geri dön