Rusiyanın "An-26" təyyarəsi hərbi texnikanın daşınması üçün planlaşdırılmış uçuş zamanı Voronej vilayətində qəzaya uğrayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Qərb Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
"Fevralın 24-də Voronej vilayətində hərbi texnikanın daşınması üçün planlaşdırılmış uçuş zamanı Rusiya Hava Kosmik Qüvvələrinə məxsus "An-26" təyyarəsi qəzaya uğrayıb. Ekipaj həlak olub", - deyə məlumatda qeyd olunub.
İlkin məlumata görə, qəzaya səbəb texnikanın sıradan çıxması olub.