Ana Sayfa > Karusel / Siyasət > Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür edib

Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür edib


24-02-2022, 21:12. Yazar: Admin

Ukrayna səfiri Azərbaycan xalqına təşəkkür edib

Ukrayna səfiri Vladislav Kanevskiy Azərbaycan xalqına təşəkkür edib.

Qarabaginfo.az-ın xəbərinə görə, ukraynalı diplomat bu barədə "Facebook" səhifəsində paylaşım edib.

"Bu gün Azərbaycanın sadə vətəndaşlarından, xüsusən də sosial şəbəkələrdə Ukraynaya dəstək üçün çoxlu telefon zəngləri və mesajlar aldıq. Bu, mənə İkinci Qarabağ müharibəsi zamanı sadə ukraynalıların Azərbaycanı necə dəstəklədiyini xatırladır.

Ölkəmiz üçün belə çətin bir zamanda Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirən bütün azərbaycanlılara dərin təşəkkürümüzü bildiririk!" səfir vurğulayıb.


Geri dön