Ana Sayfa > Karusel / Gündəm > Putin Ukraynadakı hərbi əməliyyatları məcburi tədbir adlandırıb

Putin Ukraynadakı hərbi əməliyyatları məcburi tədbir adlandırıb


24-02-2022, 21:04. Yazar: Admin

Putin Ukraynadakı hərbi əməliyyatları məcburi tədbir adlandırıb

Rusiya Prezidenti Vladimir Putin Ukraynada həyata keçirilən hərbi əməliyyatın məcburi tədbir olduğunu və ölkəsi üçün başqa şansın buraxılmadığını bildirib.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti ölkənin böyük biznes nümayəndələri ilə görüşündə söyləyib.

"Baş verənlər məcburi tədbirdir. Onlar bizə başqa cür hərəkət etmək üçün şans qoymadılar. Təhlükəsizlik sahəsində baş verən risklər bu cür cavab verməyimizə səbəb oldu", - deyə Putin qeyd edib.


Geri dön