Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > AKP sözçüsü: “Türkiyənin Rusiyaya sanksiya tətbiq etməsi müzakirə olunmur”
AKP sözçüsü: “Türkiyənin Rusiyaya sanksiya tətbiq etməsi müzakirə olunmur”24-02-2022, 19:52. Yazar: Admin |
|
Türkiyənin Ukraynanın ərazi bütövlüyünü pozduğuna görə Rusiyaya qarşı sanksiya tətbiq edilməsi müzakirə olunmur. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə AK Parti sözçüsü Ömər Çelik jurnalistlərin sualına cavab olaraq deyib. “Amma bu döyüşlər indi bütün Ukraynaya yayılacaqmı? Harada dayanacaq? Bunlar da bəlli olmalıdır”, - Çelik vurğulayıb. O əlavə edib ki, buna baxmayaraq, Türkiyə qətiyyətli şəkildə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və işğalı qəbul etmir. Geri dön |