Ana Sayfa > Karusel / Gündəm > Aİ və Ukraynanın Azərbaycandakı səfirləri görüşüb

Aİ və Ukraynanın Azərbaycandakı səfirləri görüşüb


24-02-2022, 19:50. Yazar: Admin

Aİ və Ukraynanın Azərbaycandakı səfirləri görüşüb - FOTO

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Ukrayna səfiri Vladislav Kanevski ilə görüşüb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Twitter"də bildirib.

“Avropa İttifaqının Rusiyanın misli görünməmiş, əsassız hərbi təcavüzünün qurbanı olan Ukraynaya və onun xalqına qəti dəstəyini və həmrəyliyini ifadə etmək üçün mən bu gün həmkarım, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiyə baş çəkdim”, - o qeyd edib.


Geri dön